دونیا بیر باتاق ،نه دیر ؟ بیر قارادوستاق ،نه دیر ؟ درد،عذاب،هیجران،اؤلوم سن سیز یاشاماق نه دیر ؟ dünya bir bataq, nədir ? bir qara dustaq, nədir ? dərd,əzab,hicran,ölüm sənsiz yaşamaq nədir ?
یار گئدیب،گئنه گلر قاییدیب منه گلر بو سؤز ضرب المثل دیر سَنین کی سَنَه گلر yar gedib,gənə gələr Qayidib mənə gələr bu söz zərbi-məsəldir səninki sənə gələr
دونیانین گؤل،باغی سن سئوگینین دایاغی سن گؤیدَ ه کی اولدوزلارین لاپ گؤزل پارلاغی سن dünyanin gül,baği sən sevginin dayaği sən göydəki ulduzlarin lap gözəl parlaği sən
قودوق،ائششک،آت ایچین بیر پارا،مانات ایچین اینسان درد،عذاب چکیر موتلو بیر حیات ایچین qoduq,eşsək,at için bir para,manat için insan dərd,əzab çəkir mutlu bir həyat için
سو ایچمَه هر بولاغدان گؤل دَرمَه هر یاناغدان داغدان دوش، دَره دَه اؤل آسلانما هر بوداغدان su içmə hər bulaqdan gül dərmə hər yanaqdan dağdan düş dərədə öl aslanma hər budaqdan
ایشسیز آدام ایش ایستر دیشسیز آدام،دیش ایستر شهرین موللاسی اؤلوم اکینچی یاغیش ایستر işsiz adam iş istər dişsiz adam diş istər şəhərin mollasi ölüm əkinçi yağiş istər
یوخدور آغلایانیمیز قورد اولوب،چوبانیمیز بیزلر بیر اسیریک کی اؤلوب زیندانبانیمیز yoxdur ağlayanimiz qurd olub çobanimiz bizlər bir əsirik ki ölüb zindanbanımız