بیری سنی سن ائدر هر شئی له دوشمن ائدر سونرا سنی ترک ائدیب سنی ده سن دن ائدر Biri səni sən edər Hər şeylə düşmən edər Sonra səni tərk edib Səni də səndən edər
مظلوملارا دایاق اول ظالیملره اوراق اول یاشامین ساواشیندا اؤزوندن گؤز قولاق اول Məzlumlara dayaq ol Zalımlara oraq ol Yaşamın savaşında Özündən göz-qulaq ol
قیشدا اؤز آتشین اول خرمنین،کولَشین اول لاپ قارانلیق گونلَرده پارلایان گونَشین اول Qışda öz atəşin ol Xırmanın,küləşın ol Lap Qaranlıq günlərdə Parlayan günəşin ol
غم،غصّه نی سؤپورَر دردی یئردَن گؤتورَر سَن گل منی قوجاغلا عشق اوز ایشینی گؤرَر Qəm,qüssəni süpürər Dərdi yerdən qötürər Sən gəl məni qucaqla Eşq öz işini görər
آغاجلارا بار گلدی آلما گلدی،نار گلدی بوزلایان اوره ییمَه سن گلدین،باهار گلدی Ağaclara bar gəldi Alma geldi,nar gəldi Buzlayan ürəyimə Sən gəldin,bahar gəldi
قاچما،دایان، اونوتما بیر دَم،بیر آن اونوتما عاشیق اولوب،سئومه یی هئچ بیر زامان اونوتما Qaçma,dayan,unutma Bir dəm,bir an,unutma Aşiq olub,sevməi Heç bir zaman unutma