باجیسی قارداش اولسون گؤزلری لاپ یاش اولسون یوخسوللارین دردینی تانیمایان داش اولسون Bacisi qardaş olsun Gözləri lap yaş olsun Yoxsulların dərdini Tanımayan daş olsun
گلمَه میشَم قالماغا زورنا-قاوال چالماغا من دونیایا گلمیشَم آغیزدان سؤز آلماغا Gəlməmişəm qalmağa Zura-qaval çalmağa Mən dünyaya gəlmişəm Ağızdan söz almağa
دؤلت میللتی سویوب میللت دؤلت دن دویوب آج،سوسوز،یورغون ،اوزگون خلقی آسیلی قویوب Dövlət milləti soyub Millət dövlətdən doyub Ac,susuz,yorgun,üzgün Xalği asili qoyub
یومورتا تویوق اولار قیش اولسا،سویوق اولار ائششک دوغسا،بالاسی آت اولماز،قودوق اولار Yumurta toyuq olar Qiş olsa,soyuq olar Eşşək doğsa,balasi At olmaz,qoduq olar
یاری یولدا بوراخما ساغدا ،سولدا بوراخما عاشیق اولدون،کیشی اول یاری، یولدا بوراخما Yari yolda buraxma Sağda,solda buraxma Aşiq oldun kişi ol Yari,yolda buraxma
گؤزل یاریما یازدیم سن سیز بیر سینیق سازدیم چیچک اولسایدین،سنی یاخامادان قوپارمازدیم gözəl yarima yazdım sən siz bir siniq sazdım çiçək olsaydın səni yaxamdan qoparmazdim
بو عشق ،هوسه گولمَه بولبول،قفسَه، گولمَه سن منیم سن گؤزلیم اؤیله هر کسَه گولمَه bu eşq,həvəsə gülmə bülbül,qəfəsə gülmə Sən mənim sən gözəlim öyle hər kəsə gülmə