کور میللت آلچاق اولار داش اولار،تورپاق اولار ایتدَن آج،اؤزوندن توخ ایلاندان چیلپاق اولار Kor millət alçaq olar Daş olar,torpaq olar Itdən ac,özündən tox Ildandan çilpaq olar
باغلارا بار گئتیردی داغلارا قار گئتیردی سنین سئودان کؤنلومه یوزمین باهار گئتیردی Bağlara bar gətirdi Dağlara qar gətirdi Sənin sevdan könlümə Yüz min bahar gətirdi
یومورتا،یاغ قالمادی داغ-داش،چؤل،باغ قالمادی اوغرولارین الیندن هئچ بیر شی ساغ قالمادی Yumurta, yağ qalmadı Dağ-daş,çöl , bağ qalmadı Oğruların əllindən Heç bir şey sağ qalmadı
گئنیش دیر آمما دار دیر گئجه-گوندوزو تار دیر هئچ بیر یولچوسو یوخدور قلبیم ایزسیز دیار دیر Genişdir amma dardır Gecə-gündüz tardır Heç bir yolçusu yoxdur Qəlbim izsiz diyardır
سئوگی نین معناسی دیر دردلرین آیناسی دیر گوز یاشی آجیلارین لاپ گؤزل ایمضاسی دیر Sevginin mənasıdır Dərdlərin aynasıdır Göz yaşı acıların Lap gözəl imzasıdır
بیری سنی سن ائدر هر شئی له دوشمن ائدر سونرا سنی ترک ائدیب سنی ده سن دن ائدر Biri səni sən edər Hər şeylə düşmən edər Sonra səni tərk edib Səni də səndən edər