دوست، دشمنی اؤلدورر باش بیلنی اؤلدورر وارلیغین آغیرلیغی بیر گؤن منی اؤلدورر Dost, düşməni öldürər Baş biləni öldüər Varlığın ağırlığı Bir gün məni öldürər
قارما-قاریشیق اولما هر کیمَه عاشیق اولما آنلاماز،کؤر آداما گؤنش،آی،ایشیق اولما qarmaqarışıq olma Hər kimə aşıq olma Anlamaz, kor adama Günəş, ay, işıq olma
باشیم گیجلمز آرتیق ایشیم دوزلمز آرتیق گئدیشیندن بللی دی گئدیب او گلمز آرتیق başım gicəlməz artıq işim düzəlməz artıq gedişindən bəllidi gedib o, gəlməz artıq
پاییز،قیش،باهارام من سنه گوره وارام من مین یول دونیایا گلسه م سن سیز یاشامارام من payız, qış, baharam mən sənə görə varam mən Min yol dünyaya gəlsəm sənsız yaşamaram mən