عشقی چوخ گؤرور منه دردلری سؤرور منه دونیا بیر قودوز ایت دیر ازلدن هؤرور منه Eşqi çox görür mənə Dərdləri sörür mənə Dünya bir Quduz it dir Əzəldən hürür mənə
کور میللت آلچاق اولار داش اولار،تورپاق اولار ایتدَن آج،اؤزوندن توخ ایلاندان چیلپاق اولار Kor millət alçaq olar Daş olar,torpaq olar Itdən ac,özündən tox Ildandan çilpaq olar
یومورتا،یاغ قالمادی داغ-داش،چؤل،باغ قالمادی اوغرولارین الیندن هئچ بیر شی ساغ قالمادی Yumurta, yağ qalmadı Dağ-daş,çöl , bağ qalmadı Oğruların əllindən Heç bir şey sağ qalmadı
گئنیش دیر آمما دار دیر گئجه-گوندوزو تار دیر هئچ بیر یولچوسو یوخدور قلبیم ایزسیز دیار دیر Genişdir amma dardır Gecə-gündüz tardır Heç bir yolçusu yoxdur Qəlbim izsiz diyardır
بیری سنی سن ائدر هر شئی له دوشمن ائدر سونرا سنی ترک ائدیب سنی ده سن دن ائدر Biri səni sən edər Hər şeylə düşmən edər Sonra səni tərk edib Səni də səndən edər
مظلوملارا دایاق اول ظالیملره اوراق اول یاشامین ساواشیندا اؤزوندن گؤز قولاق اول Məzlumlara dayaq ol Zalımlara oraq ol Yaşamın savaşında Özündən göz-qulaq ol