دوست، دشمنی اؤلدورر باش بیلنی اؤلدورر وارلیغین آغیرلیغی بیر گؤن منی اؤلدورر Dost, düşməni öldürər Baş biləni öldüər Varlığın ağırlığı Bir gün məni öldürər
بیری سنی سن ائدر هر شئی له دوشمن ائدر سونرا سنی ترک ائدیب سنی ده سن دن ائدر Biri səni sən edər Hər şeylə düşmən edər Sonra səni tərk edib Səni də səndən edər
مظلوملارا دایاق اول ظالیملره اوراق اول یاشامین ساواشیندا اؤزوندن گؤز قولاق اول Məzlumlara dayaq ol Zalımlara oraq ol Yaşamın savaşında Özündən göz-qulaq ol
قیشدا اؤز آتشین اول خرمنین،کولَشین اول لاپ قارانلیق گونلَرده پارلایان گونَشین اول Qışda öz atəşin ol Xırmanın,küləşın ol Lap Qaranlıq günlərdə Parlayan günəşin ol
غم،غصّه نی سؤپورَر دردی یئردَن گؤتورَر سَن گل منی قوجاغلا عشق اوز ایشینی گؤرَر Qəm,qüssəni süpürər Dərdi yerdən qötürər Sən gəl məni qucaqla Eşq öz işini görər
آغاجلارا بار گلدی آلما گلدی،نار گلدی بوزلایان اوره ییمَه سن گلدین،باهار گلدی Ağaclara bar gəldi Alma geldi,nar gəldi Buzlayan ürəyimə Sən gəldin,bahar gəldi